Bayden bu ölkəyə 1 milyard dollar yardım paketi ayırdı

14:40 - 4 Dekabr 2024

Bayden bu ölkəyə 1 milyard dollar yardım paketi ayırdı

ABŞ Prezidenti Cozef Bayden Luandadakı Köləlik Muzeyini ziyarət etdikdən sonra Afrika ilə güclü tərəfdaşlıq qurmağı hədəflədiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, tarixi quraqlıqlar səbəbiylə köçkün düşmüş afrikalılar üçün1 milyard dollardan çox humanitar yardım verəcəklərini bildirib.

Bayden ABŞ-nin Afrika üçün deyil, Afrika xalqı ilə birlikdə nələr edə biləcəyini vurğulayıb. O, Afrika liderlərinin yardımdan daha çox investisiya gözlədiyini və ABŞ-nin əlaqələri genişləndirdiyini qeyd edib. Həmçinin Anqola prezidenti  Lourenko ilə regiondakı münaqişələrin həllinə dəstək üçün görüşüb və ona Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxdığı üçün təşəkkür edib.

Qeyd edək ki, Bayden, Anqolaya səfər edən ilk ABŞ prezidenti olub.

 

 


Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin