Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – XƏRİTƏ
4 Dekabr 2024
09:39 - 4 Dekabr 2024
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, “Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə "Azərbaycan Atabəyləri" adlı tarixi bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, dekabrın 3-də Heydər Əliyev Mərkəzində filmin qalası keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə mərkəzin foyesində tədbir iştirakçıları üçün bədii hissə təqdim olunub. Film haqqında qonaqlara məlumat verilib.
Bildirilib ki, film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yolundan bəhs edir. Ekran əsəri izləyiciləri XII əsr mühitinə apararaq Azərbaycanın şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
Daha sonra film nümayiş olunub.
Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti alqışlarla səhnəyə dəvət olunub.
“Şahdağfilm” prodakşnın direktoru, filmin ssenari müəllifi və prodüseri İlqar Mehti və quruluşçu rejissor Məcit Güvən çıxış edərək ekran işi haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, filmin ssenarisi Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun əməkdaşları, müstəqil tarixçilər və hərbi ekspertlərin bilik və təcrübələri əsasında yazılıb. Orta əsrlərin orijinal dil-üslubu, sosial və mədəni strukturunu əks etdirmək üçün geniş araşdırmalar əsasında hazırlanan ssenari tarixi mənbələrdən istifadə edilərək qələmə alınıb. Filmdə Dəbil döyüşü, 1139-cu il böyük Gəncə zəlzələsi və dövrün saray çevrilişləri kimi hadisələr də əks etdirilib.
Diqqətə çatdırılıb ki, filmin çəkilişləri Azərbaycan və Türkiyədən olan peşəkar kino işçilərinin birgə əməkdaşlığı ilə həyata keçirilib. “Şahdağfilm” ilə Türkiyədə tarixi filmlərin istehsalçısı kimi tanınan “İkinciYeniFilm” bu böyük layihədə imkanlarını birləşdirərək yüksək peşəkarlıq nümayiş etdiriblər. Yaradıcı və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı kino mütəxəssisləridir.
Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslərdən istifadə edilib. 500-ə yaxın xüsusi geyim hazırlanıb, yüzlərlə əlbəsə, rekvizit və aksesuar istehsal edilib və ya satın alınıb.
Çıxışçılar filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Bədii-sənədli filmdə tanınmış K1 döyüşçüsü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri yer alıblar.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
Dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gətirilən film dekabrın 5-dən kinoteatrlarda nümayiş olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin