Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – XƏRİTƏ
4 Dekabr 2024
17:46 - 3 Dekabr 2024
Rusiya təbii qazının Şərqi Sibirdən Çinin sıx məskunlaşdığı şimal və şərq bölgələrinə nəqli üçün tikilən boru kəmərinin işə düşdüyü açıqlanıb.
Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Çinin Heyxi şəhərindən başlayaraq ölkənin şərq sahilindəki ən böyük şəhəri Şanxaya qədər uzanan boru kəmərindən qaz çəkilməyə başlanıb.
“Şərq marşrutu” adlanan 5111 kilometrlik boru kəməri dövlət səviyyəsində 9 rayonda təxminən 450 milyon əhalini hər il 38 milyard kubmetr təbii qazla təmin edəcək.
Bildirilib ki, Jiangsu əyaləti ilə Şanxay şəhəri arasında kəmərin cənub hissəsinin tikintisi keçən ay başa çatıb.
Xatırladaq ki, 2022-ci il fevralın 4-də Rusiyanın “Sibirin gücü” boru kəmərinə əlavə olaraq yeni boru kəmərinin tikintisi üçün 30 illik qaz tədarükü müqaviləsi imzalanmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin