Gürcüstan Konstitusiya Məhkəməsi seçki ilə bağlı qanunsuzluqlar iddiasına baxmadı

16:41 - 3 Dekabr 2024

Gürcüstan Konstitusiya Məhkəməsi seçki ilə bağlı qanunsuzluqlar iddiasına baxmadı

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin və 30 müxalifətçi siyasətçinin oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı Konstitusiyanın pozulması ilə bağlı iddialarını baxılmaq üçün qəbul etməyib.

 

Manset.az xəbər verir ki, bu barədə  Konstitusiya Məhkəməsinin bəyanatında deyilir.

Qəbul edilmiş qərar qətidir və şikayət verilə bilməz”, - deyə məlumatda bildirilir.

Konstitusiya Məhkəməsinə verilən iddialar xüsusilə səsvermənin gizliliyinin pozulması və seçkilərdə iştirak imkanlarının məhdudlaşdırılması ilə bağlı olub.

Oktyabr ayında keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası 89 deputat mandatı (53,93%), Dəyişiklik Koalisiyası 19 deputat mandatı (11,03%), Vahid Milli Hərəkat 16 deputat mandatı (10,17%) əldə edib. "Güclü Gürcüstan" 14 deputat mandatı (8,81%), "Gürcüstan Naminə" isə 12 deputat mandatı (7,78%) qazanıb.

Seçkilərin nəticələri müxalifət, ölkə prezidenti, Avropa İttifaqı və ABŞ rəhbərliyi tərəfindən tanınmayıb. Bəzi müxalifət partiyaları yeni seçkilərin keçirilməsini tələb ediblər. Zurabişvili bəyan edib ki, ölkə dərin siyasi böhrana girir, ondan yeni parlament seçkiləri sayəsində çıxmaq olar və Avropa bu işdə ona kömək edəcək.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin