Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşdü - FOTO

17:39 - 3 Dekabr 2024

Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Məlumata görə, görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub.

Bildirilib ki, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.

"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətləri üzrə işlərin tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - məlumatda qeyd olunub.



Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin