"Biz Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyik" - Rusiya

15:28 - 3 Dekabr 2024

Rusiya Xarici İşlər Nazirliyi xarici işlər naziri Sergey Lavrovun paytaxt Moskvada Rusiyaya səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə görüşdüyünü açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub.

"Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləmək və Ukraynanı udmaq cəhdidir. Bu, Rusiya sərhədləri üçün hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir. Biz buna icazə verməyəcəyik”, - Lavrov bildirib.

 

 

 


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin