Cənubi Koreya 43 Çin əsgərinin sümüklərini Pekinə qaytardı

14:18 - 28 Noyabr 2024

Cənubi Koreya 43 Çin əsgərinin sümüklərini Pekinə qaytardı

Cənubi Koreya Koreya müharibəsində Şimali tərəfdə döyüşərkən həlak olan 43 Çin əsgərinin sümüklərini Pekinə qaytarıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, əsgərlərin sümükləri Çinin şimal-şərqindəki Liaonin əyalətinin inzibati mərkəzi olan Sinyan şəhərindəki hərbi qəbiristanlıqda basdırılacaq.

Məlumata görə, 2014-cü ildən bəri Koreya müharibəsində həyatını itirən 981 çinli əsgərin sümükləri Çinə qaytarılıb.

Çin 1950-1953 -cü illər arasında Koreya Müharibəsində Cənubi Koreyaya dəstək verən ABŞ-nin rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinə qarşı Şimali Koreyanı dəstəkləmişdi .


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin