3,5 milyonu mənimsəyən bank əməkdaşı həbs edildi

16:59 - 27 Noyabr 2024

3,5 milyonu mənimsəyən bank əməkdaşı həbs edildi

"Yello Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi Əkbərov Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.

Ə.Müşfiq bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin