"Oradakı gizli seyfə nazir və müşaviri nəzarət edirdi" - ŞOK AÇIQLAMALAR
27 Noyabr 2024
16:39 - 27 Noyabr 2024
Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb kredit borcu ilə bağlıdır.
Belə ki, “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.
“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin ilk hazırlıq iclası dekabrın 26-da saat 14:00-da baş tutacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin