Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
15:49 - 27 Noyabr 2024
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azad Sevindik oğlu Novruzov işdən çıxarılıb.
Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib. O, Ali Məclisdə 7 saylı Xanlıqlar seçki dairəsini təmsil edəcək.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin deputatları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
Qeyd edək ki, Azad Novruzov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin