Rəsmi Bakı İsraillə Livan arasında atəşkəsi alqışlayır

15:45 - 27 Noyabr 2024

Rəsmi Bakı İsraillə Livan arasında atəşkəsi alqışlayır

Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

"Biz münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycan 132 ölkə tərəfindən dəstəklənən "COP29 naminə Birgə Atəşkəs Çağırışı"nın təşəbbüskarı kimi bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və problemləri aradan qaldırmağa çağırır", - məlumatda qeyd olunub.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin