Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
15:07 - 27 Noyabr 2024
NATO Şimali Atlantika Alyansı Rusiyanın "Oreşnik" ballistik raketindən istifadə etməsi fonunda Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib.
Manset.az bu barədə xarici emdiaya istinadən xəbər verir.
“Görüş zamanı NATO-nun müttəfiqləri Ukraynaya dəstəyini bir daha təsdiqlədilər”, - NATO-Ukrayna Şurasının videobağlantı vasitəsilə keçirilən iclasının yekunlarına dair press-relizdə deyilir.
NATO qeyd edib ki, Ukrayna tərəfi “Oreşnik” raket hücumu barədə alyansı məlumatlandırıb. Alyans onu da əlavə edib ki, NATO-Ukrayna Şurasının növbəti iclası dekabrın 3-4-nə planlaşdırılıb.
Qeyd edək ki, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri ən yeni orta mənzilli raket sistemlərindən biri - “Oreşnik” nüvəsiz ballistik raketi ilə Ukraynaya zərbə endirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin