Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
12:54 - 27 Noyabr 2024
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının “M.Seyidov küç.27” (E.Məmmədov adına 21 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat- seçki iclası keçirilib.
Manset.az xəbər verir ki, iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşı Ülviyyə Əliyeva, E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin direktoru Elgün Əliyev və “M.Seyidov küç.27” (E.Məmmədov adına 21 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri iştirak edib.
İştirakçıları salamlayaraq iclası açıq elan edən “M.Seyidov küç.27” (E.Məmmədov adına 21 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Cəfər Mehdiyev görülən işlər barədə hesabat verdi və sonra çıxış üçün sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verdi.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və hal-hazırda ətrafında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qısa zaman ərzində tarixi Zəfərlər əldə olunmaqla iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açılıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. Qeyd olunub ki, 32 illik qürurlu və şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası avanqard siyasi partiya olaraq Azərbaycanı daha böyük uğurlara, möhtəşəm qələbələrə aparacaq. Bu gün partiyamızın öz gücünü ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasətindən alır.Çıxışının sonunda Bəxtiyar Nəbiyev ərazi üzrə üzvlərinin Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb.
E.Məmmədov adına 21 nömrəli tam orta məktəb direktoru Elgün Əliyev “M.Seyidov küç.27” (E.Məmmədov adına 21 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.
E.Məmmədov adına 21 nömrəli tam orta məktəb direktoru Elgün Əliyev ərazi partiya təşkilatı tərəfindən ona göstərilən yüksək etimada görə öz dərin minnətdarlığını ifadə edərək, bu vəzifəni layiqincə yerinə yetirəcəyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin