Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
17:05 - 26 Noyabr 2024
Amerikalıların yarıdan çoxu, 51%-i Birləşmiş Ştatların Ukraynaya hərbi dəstəyi dayandırmasını istəyir.
Manset.az xəbər verir ki, bu barədə "CBS News" nəşri məlumat verib.
Qeyd olunur ki, respondentlərin yerdə qalan 49%-i Vaşinqtonun Kiyevə silah tədarükünü davam etdirməli olduğuna əmin olduğunu bildirib.
Nəşr qeyd edir ki, ABŞ vətəndaşlarının 69%-i əmindir ki, Ukraynaya yardımın azaldılması məsələsi prezident seçkilərində qalib gələn Donald Trampın komandasının qarşıya qoyduğu əsas prioritetlərdən birinə çevriləcək. Respondentlərin 31%-i əks mövqe bildirib.
Məlumdur ki, sorğuda 2,2 mindən çox amerikalı iştirak edib, noyabrın 19-dan 22-dək aparılıb və ölçmə xətası 2,3% təşkil edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin