Kreml Almaniyanın “Şimal axını” ilə bağlı qərarına təəccüblənib

16:21 - 26 Noyabr 2024

Kreml Almaniyanın “Şimal axını” ilə bağlı qərarına təəccüblənib

"Almaniya hakimiyyətinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərindən istifadə etməmək barədə iqtisadi cəhətdən məqsədəuyğun olmayan qərarına sadəcə təəccüblənmək olar".

 

Manset.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bu mövzuda verdiyi açıqlamada, Almaniya tərəfinin bu qaz kəmərlərindən istifadəyə mane olmasının iqtisadi baxımdan mənasız olduğunu vurğulayıb.

Qeyd edək ki, Şimal Axını" və "Şimal Axını-2" layihələri, təbii qazın Rusiyadan Almaniyaya və Avropaya daşınmasını təmin etmək məqsədi güdürdü və bu, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm bir layihə idi. Bu kəmərlərin istifadəyə verilməsi, Avropa üçün enerji təminatının diversifikasiyasını və daha ucuz təbii qaz əldə etməyi nəzərdə tuturdu.

Almaniyanın bu qaz kəmərlərindən istifadəni dayandırması, Ukrayna müharibəsinin başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların və siyasi təzyiqlərin nəticəsi olaraq baş verib.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin