Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
15:57 - 26 Noyabr 2024
Dünyada müharibənin bir çox növləri var. Onlardan biri də informasiya müharibəsidir. Müasir dövrdə Qlobal güclər öz hədəflərinə çatmaq üçün daha çox bu variantdan istifadə edirlər. Xüsusilə də Qərb ölkələri müstəqil siyasət yürüdən ölkələri “cəzalandırmaq” üçün müxtəlif təşkilatlardan faydalanırlar. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsindən (OCCRP) bu yöndə daha çox istifadə olunur.
Manset.az-ın Bizim.Media-ya istinadən hazırlanan, OCCRP-nin fəaliyyətindəki saxtakarlıqlar, onun arxasında dayanan dövlətlər və təşkilatlarla bağlı məqaləni təqdim edir:
OCCRP-i ideyası necə meydana gəldi?
Anonim mənbələrdən məlumat sızmasının tarixi və gələcəyi haqda yazılmış ən populyar kitablardan biri olan "Bu maşın sirləri öldürür" (This Machine Kills Secrets) kitabında Culian Assancın “WikiLeaks” layihəsi ABŞ siyasi rəhbərliyi, ordusu haqqında məlumatları geniş ictimaiyyətə açıqlamaqla Ağ Evi çətin duruma saldı. Bu acı təcrübə ABŞ üçün bir dərs oldu və rəsmi Vaşinqton oxşar təcrübəni başqa ölkələr üzərində sınaqdan keçirməyə başladı.
Bu məqsədlə C.Assanc kimi müstəqil deyil, dövlətin dəstəklədiyi, yönəltdiyi yeni qalmaqal yaratmaq üçün əvvəlcə “Eduard Snouden işi” dövriyyəyə buraxıldı. E.Snouden nümunəsində böyük sızıntılar (“mega leaks”) sınaqdan keçirildikdən sonra ABŞ bu layihəni davamlı ənənəyə çevirmək məqsədilə bir neçə QHT və “layihə” adlı təzyiq vasitələri təsis etdi və ya əvvəl olanların profilini dəyişdi. Onların sırasında ən mühümü, fəaliyyətində Azərbaycana “xüsusi” yer verən OCCRP layihəsi əsas “silah” olaraq müəyyən edildi.
OCCRP necə yarandı?
Qeyd edək ki, OCCRP layihəsi yaradılana qədər Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), ABŞ Dövlət Departamenti, USAID (ABŞ Beynəlxalq Əməkdaşlıq Agentliyi), NDI (Milli Demokratiya İnstitutu), NED (Demokratiya Fondu), Soros fondu, digər tərəfdə IT sahəsində nəhəng şirkətlər, investisiya maqnatları, meqa-donorlar və s. əli ilə oxşar oxşar layihə və təşkilatlar yaradılıb:
1. 1989-cu ildə ölkədaxili araşdırma profilli “İctimai Bütövlük Mərkəzi” (Center for Public Integrity - CPI) yaradılıb. (Direktor: Çarlz Lyuis).
2. 1997-ci ildə bu mərkəzin nəzdində Çarlz Lyuis tərəfindən ortaq fəaliyyət platforması kimi “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (International Consortium of Investigative Journalists - ICIJ) layihəsi yaradılıb. (Direktor: Cerard Rayl).
3. 2003-cü ildə bənzər ad və funksiyalı “Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi” (Global Investigative Journalism Network - GIJN) yaradılıb. (Direktor: Brant Houston)
4. 2004-cü ildə bütün qlobal şəbəkənin maliyyələşdirilmə kanalı qismində ''Jurnalistikanın İnkişafı Şəbəkəsi'' (The Journalism Development Network Inc. - JDN), 2006-cı ildə qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (Organized Crime and Corruption Reporting Project - OCCRP) yaradılıb.
MKİ bu təşkilatları təkcə hansı istiqamətdə fəaliyyət göstərməsini deyil, hətta harada təsis olunmasına və kimlərin işə götürülməsinə qədər ən xırda məsələlərə diqqət edir.
“WikiLeaks”ə əks-tədbir kimi ABŞ dövləti 2006-cı ildə OCCRP ilə eyni vaxtda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun (NED) tərkibində 2004-cü ildə "Beynəlxalq Mediaya Dəstək Mərkəzi" (Center for International Media Assistance - CIMA) yaradıb.
Beləliklə, NED-in bir qolu kimi CIMA-ya dünyada araşdırmaçılığı yaymaq və maliyyələşdirmək, eyni zamanda, onların inkişafını, maliyyə sərfinin hesabatlarını vermək həvalə olunub. Hər il dünyada media və internet azadlığına dair reytinqlər hazırlanıb.
OCCRP-nin yaradıcılarının əsl siması
OCCRP “jurnalistlər” Endryu Sallivan və Pol Radu tərəfindən təsis edilib. Təşkilatın araşdırmalarında Cənubi Qafqaz regionu xüsusi yer tutsa da, OCCRP-nin baş qərargahı Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşir. Lakin təşkilatın rəsmi qeydiyyatda olduğu ölkə kimi Rumıniya göstərilir.
OCCRP-nin rəhbərlərinin fəalliyyətlərinə nəzər saldıqda, bu təşkilatın əsas məqsədlərini aydın şəkildə görmək olur. Belə ki, Pol Radu həm də Rumıniyada OCCRP ilə əməkdaşlıq edən araşdırmaçı jurnalistlər və xakerlər üçün platforma olan “RISE Project”-in yaradıcısıdır. Bu layihənin donorları arasında Sorosun Açıq Cəmiyyəti Fondu ilə yanaşı, Niderland XİN, ABŞ Səfirliyi və “Google” da var.
Endryu Sallivan isə OCCRP-dən öncə "Rockwell International” hərbi konsernində mühəndis işləyib. O, “Space Shuttle Project” hərbi təyyarə layihəsi üzərində çalışıb.
Burada diqqəti cəlb edən məqam hərbi kəşfiyyatın tam nəzarətində olan bir mühəndisin xüsusi xidmət orqanlarının layihəsində jurnalist kimi işə başlamasıdır.
Cənubi Qafqaz mövzusunda daha çox məqalərlə yazan İlya Lazovski isə 2015‒2018-ci illərdə ABŞ Kəşfiyyatının əsas beyin mərkəzlərindən biri olan “Foreign Policy”-də redaktor müavini işləyib.
OCCRP-nin rəhbərləri ilə bağlı daha ətraflı bu linkə keçid edərək tanış ola bilərsiz:
OCCRP-ni kim maliyyələşdirir?
Bu şəbəkənin obyektində nə ABŞ, nə Kanada, nə də ki, Qərbi Avropa ölkələri yoxdur.
Çünki ABŞ başda olmaqla bir çox böyük dövlətlər OCCRP və “Qlobal araşdırmaçı jurnalistlər” üçün təkcə sifarişçi yox, həm də donor ölkələrdir.
Təşkilatın 2020-2023-cü illər hesabatlarından aydın görünür ki, OCCRP əsas donorları ABŞ Dövlət Departamenti, USAID, destruktivlik fenomenləri olan NED (Milli Demokratiya Fondu) və Corc Sorosun Açıq Cəmiyyət Fondlarıdır.
Mütəxəssislər hesablayıblar ki, 2011‒2017-ci illər ərzində “əsl müstəqil və azad araşdırmaçı-jurnalistlər” sponsorlardan 10 milyon 812 min dollar maliyyə əldə ediblər.
Bu vəsaitin yarısı 5 milyon 238 min dolları ABŞ Federal Hökuməti və ya Dövlət Departamentindən gəlib. Təşkilatın digər böyük donorları isə İsveçrə hökuməti və Soros fondudur.
Şəbəkənin digər donorları barədə bu linkə keçid etməklə ətraflı məlumat əldə edə bilərsiniz.
OCCRP niyə vergidən azad olunub?
ABŞ-ın maliyyə institutları və xüsusi xidmət orqanları OCCRP və “Qlobal araşdırmaçı jurnalistlər” sərbəst fəaliyyəti üçün bütün imkanları yaradıb. Onların istənilən ölkəyə səfəri üçün heç bir problem yoxdur. Təbii ki, “cib xərcliyi” də öz yerində. Maraqlıdır ki, bu şəbəkələr ABŞ-da xüsusi imtiyazlara da sahibdirlər. Belə ki, OCCRP ABŞ-da xüsusi vergi güzəştinə sahibdir. OCCRP-nin sahibi olan “Jurnalistikanın İnkişafı Şəbəkəsi” ABŞ-də Vergi Reyestrində “501(c)(3)” kodu ilə qeydiyyatdan keçib.
501(c)(3) kodu Amerika Vergi Kodeksinin müvafiq bəndinə əsasən bu ölkədə fəaliyyət göstərən gəlir vergisindən azad edilmiş Amerika korporasiyaları, trest, qeyri-korporativ assosiasiya və digər təşkilatlara verilir. Ümumilikdə Amerikada bu kodla fəaliyyət göstərə biləcək 29 cür təşkilat forması var.
ABŞ Vergi Kodeksinə əsasən, dini, xeyriyyə, elmi-ədəbi və ya təhsil məqsədli və ya ictimai təhlükəsizliyi araşdıran, milli və beynəlxalq həvəskar idman yarışları təşkil edən, uşaqlara və heyvanlara qarşı qəddar davranışa qarşı fəaliyyət göstərən təşkilatlara 501(c)(3) maddəsi şamil olunur. Göründüyü kimi OCCRP-in fəaliyyətinin ABŞ Vergi Kodeksindəki imtiyazlı fəaliyyət sahələri ilə heç bir əlaqəsi olmasa da, o yenə də vergilərdən azaddır.
Bu təşkilatların araşdırma “obyekt”ləri hansı regionlardır?
Qeyd etməliyik ki, zaman-zaman “Qlobal araşdırmaçı jurnalistlər” adlanan mütəşəkkil şəbəkə dünya siyasi xəritəsini regionlar üzrə (Ərəb ölkələri, Latın Amerikası, Asiya ölkələri, Mərkəzi və Şərqi Avropa, MDB məkanı, Cənubi Qafqaz və s.) filiallar - dayaq nöqtələri ilə təsis edib, “xüsusi tapşırıqla araşdırma” adlana biləcək transmilli şəbəkə yaradılıb. Və əsas məqam - yeni şəbəkənin fəaliyyət istiqaməti də dəyişdirilib.
Bu şəbəkələr artıq “insan hüquqları”nı yox, “korrupsiya” və “mütəşəkkil cinayətkarlığı” “araşdırır”. Əslində isə şəbəkənin əsas hədəfi adı şəkilən regionlarda informasiya müharibəsini gücləndirmək, “ofşor qalmaqalları”na geniş yer vermək, ayrı-ayrı liderlər haqqında fərdi məlumatları sındırılaraq mənimsəmək və bu məlumatları bəlli kanallara sızdırımaqla ölkələrdə xaos yaratmağa, bəzən isə uyğun olmayan iqtidarların devrilməsinə nail olmaqdır.
Jurnalist adı altında fəaliyyət göstərən diversiya qrupu
Qeyd edək ki, OCCRP-na qətiyyən təsadüfi araşdırmaçı jurnalistlər cəlb edilmir. Bu təşkilata cəlb edilən “jurnalistlər” zamanla hansısa mətbuat orqanından və yaxud QHT-də “istefa edən” lər toplusudur. Üstəlik, bu “jurnalistlər” nə zamansa ABŞ-da xüsusi təlimlərə cəlb olunublar. Onların əksəriyyəti OCCRP-dən əvvəl Soros fondu, Jurnalist Araşdırmaları Mərkəzi” (Center for Investigative Reporting), ABŞ Kəşfiyyatının əsas beyin mərkəzlərindən biri olan “Foreign Policy” kimi yerlərdə çalışıblar.
Təşkilatın əməkdaşları arasında “jurnalist” adı altında çoxlu sayda hakerlər, devoloperlər var. Ən əsası onların hamısı MKİ tərəfindən xüsusi təlimlər görüb. Və daha çox imza və saxta profillə çıxış edirlər. OCCRP-in bu tip ən parlaq simalarından biri Eli Moskovitsdir.
Bu şəxslə bağlı aparılan araşdırmalar zamanı bir-birilə olduqca ziddiyətli məqamlar üzə çıxıb. Ümumiyyətlə Eli Moskovitsin real şəxs olub-olmadığı belə sual altındadır.
Bundan əlavə, OCCRP-nin fəaliyyətində jurnalist araşdırmasından daha çox, kibercinayətkarlıq vasitəsilə əldə olunan məlumatlar üstünlük təşkil edir. Yəni, təşkilat ölkələri və şirkətləri nüfuzdan salmaq üçün cinayətkarlığa belə baş vururlar.
OCCRP-nin cinayətkar fəaliyyətləri ilə bağlı daha ətraflı bu linkdən tanış ola bilərsiniz.
OCCRP təkcə dövlətləri hədəfə almır...
“WikiLeaks”-in yaradıcısı Culian Assanc 2016-cı ildə bildirirdi ki, OCCRP-nin araşdırmalarının arxasında ayrı-ayrı hökumətlərlə şəxsi ədavətləri olan, o dövlətləri təzyiq altında saxlamaq istəyən Qərb xüsusi xidmət orqanları və konkret dövlətlər dayanır.
Amerika siyasi rəhbərliyi, Dövlət Departament, MKİ və demokratiya “ixracı” missiyasına xidmət edən (USAID, NED, NDI və s.) institutların qərarı ilə “araşdırmaçıların” hədəfi həm də ofşor zonalardır. Bu da təsadüfi deyil. Çünki əksər şirkətlər öz vəsaitlərini və şirkətlərini ofşor zonalar üzərindən qurur. OCCRP-un da son illərdəki əsas hədəflərindən biri ofşor zonalardır. Bu da ona görədir ki, dolayısı ilə hər kəsə mesaj verilsin ki, pullarınızın ən etibarlı saxlanc yeri ABŞ-dır.
Azərbaycanla bağlı saxta ittihamlar
OCCRP-nin ölkəmizlə bağlı hazırladığı “Azərbaycan pulyuma maşını - Pandora sənədləri” adlı hesabatı da saxta və qondarma ittihamlardan ibarətdir. Həmin sənədlərdə maliyyə məsələləri ilə bağlı rəqəmlərdə zidiyyətlər, heç bir fakt olmadan qeyd edilən məlumatlar və iddialar öz əksini tapıb.
Göründüyü kimi, OCCRP saxta məlumatlar yayan, iqtisadi və siyasi sifarişlərlə şantaj edən, fərdi məlumatları həkk etməklə kibercinayət törədən, sponsorlarından asılı olan, qeyri-müstəqil, destruktiv və təxribatçı layihədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin