Rusiya qazını Avropaya daşıyan boru kəməri partladı - Almaniya Ukraynadan təzminat tələb edir

14:03 - 26 Noyabr 2024

Rusiya qazını Avropaya daşıyan boru kəməri partladı - Almaniya Ukraynadan təzminat tələb edir

Almaniyanın “Stoppt die Sanktionen” anti-sanksiya hərəkatı “Şimal axını”nın partlaması nəticəsində dəyən ziyana görə Ukraynadan təzminat tələb edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İctimai hərəkat üzvlərinin fikrincə, Kiyevin qaz kəmərlərini sıradan çıxarması Rusiyaya qarşı deyil, Almaniyaya, Almaniyanın maraqlarına və Almaniya iqtisadiyyatına qarşı yönəlib.

Hərəkatın hazırladığı bəyanatda bildirilir ki, Ukrayna Almaniyaya dəymiş ziyana, o cümlədən itirilmiş mənfəətə görə tam məsuliyyət daşımalıdır.

Bundan əlavə, "Stoppt die Sanktione"nin fikrincə, terror aktının əsl təşəbbüskarları Amerika Birləşmiş Ştatları olub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin