"Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib" - Hikmət Hacıyev
26 Noyabr 2024
12:39 - 26 Noyabr 2024
Bakıda işlədiyi univermağın 70 min manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən və həmin pulun müəyyən hissəsini Tiktok sosial şəbəkəsində tanışlarına hədiyyə kimi göndərən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Manset.az Report.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nicat Abbasov altı il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, o, əvvəl univermaqda operator daha sonra isə qeyri-rəsmi mühasib vəzifəsində işləyib. Təqsirləndirilən şəxs univermağın mal aldığı firmalara, fərdi sahibkarlara və təchizatçılara ödəniş edilməli olan 69 min 800 manat pulu mənimsəməkdə ittiham olunub.
Nicat Abbasov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin