BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
12:12 - 26 Noyabr 2024
Hindistanın Uttar Pradeş ştatında faciəvi hadisə baş verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, üç kişi "Google Maps" onları yanlış istiqamətləndirdiyi üçün yarımçıq körpünü keçərək ölüb.
"Google" hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb.
Ailələr isə yarımçıq körpüdə lazımi təhlükəsizlik tədbirlərinin görülmədiyini bildirib və səlahiyyətliləri məsuliyyətə cəlb ediblər.
Bu, "Google xəritələrin ölümlə əlaqələndirilməsinin ilk halı deyil. Ötən il də oxşar hadisə ABŞ-nin Şimali Karolina ştatında baş vermişdi. Sürücü çökmüş körpüdən keçmək istəyərkən ölüb, ailəsi isə səhlənkarlıq səbəbindən "Google"a qarşı iddia qaldırıb.
Həmin qəzada isə körpü doqquz il təmir olunmamışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin