20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
11:40 - 26 Noyabr 2024
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə 10 faiz gömrük rüsumu tətbiq edəcəklərini açıqlayıb.
Manset.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada qeyd edib.
Tramp qeyd edib ki, minlərlə insan Meksika və Kanadan ABŞ-yə indiyə qədər misli görülməmiş cinayət və narkotik maddələr gətirir.
"Yanvarın 20-də verdiyim ilk sərəncamlardan biri olaraq, Meksika və Kanadadan ABŞ-yə gələn bütün məhsullara və onların absurdcasına açıq sərhədlərinə 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarifə dərmanlar da daxil olacaq", - o bildirib.
O həmçinin qeyd edib ki, Çin narkotik satıcılarına qarşı ölüm cəzası tətbiq edəcəyini vəd edib, amma bunu yerinə yetirməyib:
"Çinli nümayəndələr mənə dedilər ki, bu işlə məşğul olan narkotik alverçilərinə qarşı ən yüksək cəzanı, edam cəzasını tətbiq edəcəklər, lakin təəssüf ki, onlar bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır, əsasən də Meksika vasitəsilə. Bu səbəbdən Çindən gələn məhsullara da əlavə 10 faiz gömrük rüsumu tətbiq ediləcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin