BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
11:04 - 26 Noyabr 2024
Zaqatalada qidadan zəhərlənmə ötən gün axşam saatlarında baş verib.
Bu barədə Manset.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 25.11.2024-cü il tarixində saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:
“Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”.
***
10:12
Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Zaqatala rayon sakinləri - 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin