Putin çoxdandır gözlənilən qanunu İMZALADI

16:15 - 25 Noyabr 2024

Putin çoxdandır gözlənilən qanunu İMZALADI

Rusiya Prezidenti Vladimir Putin ənənəvi ailə dəyərlərinə qarşı təbliğatı qadağan edən qanunu imzalayıb.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən, uşaqsızlığı, qeyri-ənənəvi münasibətləri və cinsiyyətin dəyişdirilməsini təbliğ edən şəxslər və təşkilatlar müəyyən edilərək cərimələnəcək.

Qanuna əsasən, dövlət qulluqçularından başqa şəxslər 100 min rubla qədər, dövlət qulluqçuları 200 min rubla hüquqi şəxslər isə 800 rubla qədər cərimələnəcək. 

Media vasitələri ilə təbliğat aparılarsa, 5 milyon rubla qədər (təxminən 50 min dollar) cərimə tətbiq ediləcək və ya bunu həyata keçirən təşkilatın fəaliyyəti 90 günə qədər dayandırılacaq.

Bu qanunlar ənənəvi ailə dəyərlərini qorumaq və Rusiyada uşaqların sayını artırmaq məqsədi daşıyır.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin