Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək - FOTO

14:30 - 26 İyun 2021

Nəşi tapılan hərbçimiz sabah dəfn ediləcək - FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qullquçusu Həsrətov Elməddin Sərdar oğlu sabah Goranboy rayonunda dəfn ediləcək.

Manset.az xəbər verir ki, şəhid iyunun 27-də rayonun Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 27-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb. E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

O, subay idi.

Allah rəhmət etsin!



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin