Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
15:52 - 25 Noyabr 2024
"Rusiya və KXDR arasında yaxınlaşma Çin üçün əlverişsizdir , çünki ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqliyini gücləndirə bilər".
Manset.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin müavini Kurt Kempbell Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda deyib .
Onun fikrincə, Moskva ilə Pxenyan arasında münasibətlərin möhkəmlənməsi Şimali Koreyanı ÇXR-in maraqlarına zidd olan təxribatları intensivləşdirməyə sövq edə bilər. Bu həm də ABŞ-nin Cənubi Koreya və Yaponiya ilə əlaqələrini gücləndirmək üçün bir fürsət ola bilər ki, bu da Pekinin Şərqi Asiyadakı təsirini məhdudlaşdıra bilər.
Kempbell əvvəllər demişdi ki, Rusiya ilə Çin arasında əlaqələrin genişlənməsi bütün dünya siyasətinə təsir edə bilər:
"Mən əmin deyiləm ki, biz bu artan Rusiya-Çin ittifaqının qarşısını ala, mane edə və ya relsdən çıxara bildik, amma ən azından cəhd etmişdik".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin