Türkiyə Futbol Federasiyasında prezident istefa verdi

21:32 - 24 Noyabr 2024

Türkiyə Futbol Federasiyasında prezident istefa verdi

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu vəzifəsindən istefa verdiyini elan edib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Federasiya yaxın günlərdə yeni prezident seçkiləri keçirməyi planlaşdırır. Hazırda prezidentlik vəzifəsinə iki əsas namizədin - Mehmet Büyükekşi və Haluk Ulusoyun adları hallanır. Seçkilərin tarixi və prosedurları ilə bağlı ətraflı məlumatın yaxın zamanda açıqlanacağı gözlənilir.

Ekspertlər bildirirlər ki, bu dəyişiklik Türkiyə futbolunda yeni dövrün başlanğıcı ola bilər və federasiyanın qarşısında duran əsas məsələlər arasında milli çempionatların inkişafı, beynəlxalq uğurların artırılması və klub strukturunun möhkəmləndirilməsi var.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin