Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
21:32 - 24 Noyabr 2024
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu vəzifəsindən istefa verdiyini elan edib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Federasiya yaxın günlərdə yeni prezident seçkiləri keçirməyi planlaşdırır. Hazırda prezidentlik vəzifəsinə iki əsas namizədin - Mehmet Büyükekşi və Haluk Ulusoyun adları hallanır. Seçkilərin tarixi və prosedurları ilə bağlı ətraflı məlumatın yaxın zamanda açıqlanacağı gözlənilir.
Ekspertlər bildirirlər ki, bu dəyişiklik Türkiyə futbolunda yeni dövrün başlanğıcı ola bilər və federasiyanın qarşısında duran əsas məsələlər arasında milli çempionatların inkişafı, beynəlxalq uğurların artırılması və klub strukturunun möhkəmləndirilməsi var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin