SON DƏQİQƏ: Azərbaycanın tanınmış sabiq generalı 56 yaşında vəfat etdi - FOTO

21:23 - 23 Noyabr 2024

SON DƏQİQƏ: Azərbaycanın tanınmış sabiq generalı 56 yaşında vəfat etdi - FOTO

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.



Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin