Keçmiş komanda yoldaşı baş məşqçisi olacaq

01:30 - 23 Noyabr 2024

Keçmiş komanda yoldaşı baş məşqçisi olacaq

Lionel Messinin də çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubunun yeni baş məşqçisi bəlli olub. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Onun iddiasına görə, Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar. 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin