Rasim Balayev əməliyyat olunub - Vəziyyəti necədir?

13:19 - 22 Noyabr 2024

Rasim Balayev əməliyyat olunub - Vəziyyəti necədir?

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,  Xalq artisti Rasim Balayev səhhətindən danışıb. 

Manset.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan  "Qonaqcanlı" verilişinə  müsahibə verən aktyor müalicələ aldığını bildirib:

"Dostlarım zəng edir ki, necəsən? Cavab verirəm ki, babatam. Deyirlər, bir dəfə də denən yaxşıyam. Deyirəm, yaxşıyam getdi. Bir az ayağımda probldem var. "Babək", "Dədə Qorqud" və bir türk filmində çəkilənsə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi. Sonra özünü göstərdi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Əsəbi sıxır və sol ayağıma vurur, tez-tez fizoterapiyaya gedirəm. Deyirlər qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur. Əsas odur ruh cavan olsun. Ruhum cavandı, amma cismim qocalıb. Cismim 77, ruh yaşım 25-dir".

Rasim Balayev həmçinin  bir müddət əvvəl əməliyyat olunduğunu bildirib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin