“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
22 Noyabr 2024
09:45 - 22 Noyabr 2024
"Ukraynadakı münaqişə ilə əlaqədar Qazaxıstanın təhlükəsizliyini gücləndirmək lazımdır".
Manset.az Publika.az-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Dövlət başçısı Qasım-Jomart Tokayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi səbəbindən baş nazirə, prezident administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə və akimlərə hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb”, - mətbuat katibi ölkə lideri Berik Ualidən sitat gətib.
Tokayevin mətbuat xidmətinin rəhbəri Qazaxıstan üçün əsas vəzifənin sabitliyi, əmin-amanlığı, asayişi qorumaq olduğunu bildirib və Qazaxıstanın Ukraynadakı münaqişənin diplomatik yolla həllini müdafiə etməkdə davam etdiyini xatırladıb.
Bundan əvvəl Qazaxıstanın Ukraynadakı səfirliyi mərmilərin artması ilə əlaqədar öz vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
Diplomatik nümayəndəlik xatırladıb ki, Qazaxıstan vətəndaşları Ukraynanı tərk etmək üçün Polşa və ya Moldova ərazisindən keçən yerüstü nəqliyyatdan istifadə edib, oradan təyyarə ilə vətənə gedə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin