Putinin sensasiyalı müraciəti - Bu sözü niyə işlətmədi?
22 Noyabr 2024
15:49 - 21 Noyabr 2024
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus xəstəxanaya yerləşdirilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Rio-de-Janeyronun qərbində yerləşən Barra-da-Tijuka rayonunda xəstəxanaya yerləşdirilib.
Bu həftə G20 sammitinin keçirildiyi vaxt özünü pis hiss etməyə başlayıb və dərhal səhiyyə mütəxəssisləri tərəfindən müayinə edilib. Əvvəlcə yüksək qan təzyiqinə qarşı dərman alıb və vəziyyəti sabitləşdikdən sonra bir müddətə müalicə üçün xəstəxanaya yerləşdirilib.
Xəstəxanada keçirilən müayinələrdən sonra Tedrosun vəziyyəti sabit olub və o, hələlik müşahidə altındadır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin