Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
13:15 - 21 Noyabr 2024
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina xüsusi hədiyyə göndərib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov vasitəsilə çatdırılan bu hədiyyə nadir heyvanlardan ibarət olub.
“Afrika aslanı, iki qonur ayı, iki ev heyvanı, beş ağ kakadu, 25 müxtəlif növ qırqovul, 40 naringi ördəyi Şimali Koreya zooparkında yaşayacaq”, - Rusiya departamentindən bildirilib.
Maraqlıdır ki, Kozlovun fikrincə, bu cür əməkdaşlıq ölkələrin “qarşılıqlı fəaliyyətində yeni mərhələdir”. Onun fikrincə, indi Rusiya və KXDR baytarlıq, nadir heyvan növlərinin reabilitasiyası və reintroduksiyası sahəsində daha sıx əməkdaşlıq edəcək.
“Heyvanlar tarixən dövlətlərarası münasibətlərdə mühüm yer tutublar: onlara dəstək, xeyirxahlıq və qayğı əlaməti olaraq bu gün mən koreyalı yoldaşlarıma Vladimir Vladimiroviç Putinin hədiyyəsini təqdim edirəm”.
Ətraflı videomaterialda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin