Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
15:36 - 21 Noyabr 2024
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Xatırladaq ki, Aydın Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
***
Manset.az Qafqazinfo-ya istinadən bildirir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qurumun ştatında Penitensiar Xidmətin rəisinin müşaviri vəzifəsi yoxdur: “Rauf Qasımzadə Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi vəzifəsinə təyin edilib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin