Komitələrin birgə iclası - Gündəlikdə 5 məsələ var

09:26 - 21 Noyabr 2024

Komitələrin birgə iclası - Gündəlikdə 5 məsələ var

Bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, gündəliyə 5 məsələ daxil edilib.

Onlar aşağıdakılardır:

1.  “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).
2. “İşsizlikdən sığorta fondunun  2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında”  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin