Buraxılış imtahanında yenilik edilir - 4 mətn... / DETALLAR
22 Noyabr 2024
13:24 - 20 Noyabr 2024
"Fransa Prezidenti Emmanuel Makronla əl sıxmaq tamamilə normal diplomatik praktikadır".
Manset.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov departamentin "YouTube" kanalında yayımlanan mətbuat konfransında deyib.
"Avropa liderlərinin Rusiya nümayəndələrini dəhlizdə və kənarda görəndə onlardan çəkinməsi normal deyil", - o bildirib.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu” (G20) sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əl sıxmışdı və bu, insanlar tərəfindən geniş müzakirə olunmuşdu. Qəribə qarşılanmasının səbəbi Makronun Rusiyanı müharibə və beynəlxalq təcrid ilə əlaqədar ciddi tənqid edərkən, eyni zamanda Lavrovla əl sıxması idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin