Prezidentdən Fərid Əhmədovla bağlı SƏRƏNCAM
22 Noyabr 2024
10:45 - 20 Noyabr 2024
Azərbaycan yığması cari mövsüm UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox qol buraxan iki komandadan biridir.
Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina ilə birlikdə 6 matçda 17 top buraxıb.
C Liqasının 1-ci qrupunda yer alan yığmamız İsveçə 1:3, 0:6, Slovakiyaya 0:2, 1:3, Estoniyaya isə 1:3 hesabı ilə uduzub. Milli yalnız Qəbələdə estonlarla qolsuz heç-heçə edib.
Bosniya və Herseqovina isə Niderlanda 2:5, Almaniyaya 0:7, 1:2, Macarıstana 0:2 hesabı ilə uduzub. Bosniyalılar macarlarla (0:0) və Niderlandla (1:1) heç-heçə edib.
Turnir tarixinin antirekordu isə Cəbəllütariqə məxsusdur. "Cırtdan ölkə" 2022/2023 mövsümündə qapısında 18 qol görüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin