Mavi Zonada su ehtiyatlarının dayanıqlığı mövzusunda panel müzakirəsi təşkil edildi

18:45 - 19 Noyabr 2024

Mavi Zonada su ehtiyatlarının dayanıqlığı mövzusunda panel müzakirəsi təşkil edildi

Ölkəmizdə təşkil edilən COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşə olan “Azərsun Holdinq” müxtəlif təbirlər həyata keçirməyə davam edir.

 

Manset.az xəbər verir ki, bu dəfə adıçəkilən şirkətlər qrupu Mavi Zonada “Suyun dayanıqlılığı və iqlim dəyişikliyi: Kənd təsərrüfatı, infrastruktur və biznesin davamlılığına təsirlər” mövzusunda panel müzakirəsi təşkil edib.

“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü, Nailə Mehrabova və xarici ekspertlərin iştirakı ilə kənd təsərrüfatında su ehtiyatlarının dayanıqlı istifadəsi üçün müasir texnologiyalar və atılmalı addımlar müzakirə edilib.

Şirkətlər qrupunun rəsmisi “Azərsun”un COP29 çərçivəsində ilk dəfə olaraq Econar, Eco19 startaplarını təqdim etdiyini bildirib və kənd təsərrüfatında su ehtiyatlarının qorunması istiqamətində tətbiq edilməsi nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Müzakirələrin yekununda xarici qonaqlara “Azerçay” tərəfindən xüsusi hədiyyə dəsti təqdim edilib.

Qeyd edək ki, “Azərsun Holdinq” COP29 çərçivəsində gündəlik olaraq daxili pavilyonunda dayanıqlı inkişaf istiqamətində müxtəlif panel müzakirə, təqdimat və çıxışlar təşkil edir.

 



Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin