70 kiloqram qızılla saxlanılan hərbi attaşenin KİMLİYİ BİLİNDİ
23 Noyabr 2024
15:05 - 19 Noyabr 2024
Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib.
Manset.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Raket Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə düşüb.
“Noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Bryansk vilayətinin Karaçev şəhərindəki 1046 saylı maddi-texniki təminat mərkəzinə zərbələr endirib. Hədəfə alınan ərazidə silsilə partlayışlar və yanğın qeydə alınıb. Hədəf uğurla vurulub”, - məlumatda deyilir.
Qeyd edək ki, Karaçev Bryanskdan çox da uzaqda deyil və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin