COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
13:58 - 19 Noyabr 2024
COP29-da iştirak üçün ABŞ nümayəndə heyətinin tərkibində ölkəmizə gələn, Azərvaycana qarşı çıxışları və qatı ermənipərəst mövqeyi ilə tanınan Frank Peloni Bakını tərk etməsi haqda ilk dəfə danışıb.
Manset.az Globalinfo.az-a istinadla xəbər verir ki, konqresmen "X" platformasındakı paylaşımda ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bildirib.
O, Bakıdakı etirazlardan sonra Azərbaycanı tərk etməli olduğunu deyib. Lakin Ermənistan və ermənilərlə bağlı “mübarizəni” davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-dəki erməni lobbisi ilə uzun illərdir sıx əlaqələri olan Frank Peloni Konqresdə daim Azərbaycana qarşı mövqeyi və ittihamları ilə seçilib. O, COP29-da iştirak üçün Vaşinqtonun nümayəndə heyətinin tərkibində noyabrın 16-da Bakıya gəlib. Onun ölkəmizə səfəri ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Azərbaycandan üzr istəməsi və ölkəni tərk etməsi tələbi ilə aksiya keçirilib. Peloni bundan sonra gizli şəkildə ABŞ-yə qayıdıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin