Pensiya alanlara şad xəbər
23 Noyabr 2024
10:39 - 19 Noyabr 2024
Almaniya kansleri Olaf Şolts ABŞ prezident seçkilərində qalib gələn Respublikaçılar Partiyasının namizədi Donald Trampın Ukrayna sülh planın gələcək nəticələrini müzakirə etmək üçün son iki ildə ilk dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, məsələyə bir çox siyasətçi fikir bildirib. Onlardan biri də Polşa Prezidenti Andjey Duda olub.
Polşa Prezidenti Anjey Duda Almaniya kansleri Olaf Şoltsu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampı Ukraynanın gələcəyi ilə bağlı danışıqlardan kənarlaşdırmağa çalışmaqda ittiham edib:
"Mən hesab edirəm ki, bu, Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynada atəşkəs əldə etmək cəhdi idi”,- o qeyd edib.
Duda hesab edir ki, Şolts Tramp administrasiyası dövründə ABŞ ilə xoşagəlməz sövdələşmələrə məcbur edilmə ehtimalından narahatdır və fəal olmağa çalışır:
“Almanların ən çox qorxduğu odur ki, Donald Tramp onları Amerikadan qaz almağa məcbur edəcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin