Rusiya "Google"a qalib gəldi

00:30 - 19 Noyabr 2024

Rusiya

Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, quqla qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə, quqla 3,8 milyon rubl (təxminən 38 min dollar) cərimə ödəməyə məcbur edib.

Daha əvvəl də oxşar səbəblərə görə ölkədə "Apple", TikTok və teleqram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin