Pensiya alanlara şad xəbər
23 Noyabr 2024
19:13 - 18 Noyabr 2024
Bu gün Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) miqyası və iştirakçı sayını nəzərə alsaq, bunun qlobal səviyyədə təşkil olunan ən böyük tədbirlərdən biri, bəlkə də ən böyüyü olduğunu deyə bilərik. Dünya üzrə eyni anda bir məkanda fərqli ölkələrdən bu qədər insanın iştirakı ilə keçirilən tədbirlərin sayı o qədər də çox deyil. Bütün bunları nəzərə alaraq, COP29-un uğurlu təşkilinə görə Azərbaycanı təbrik edirəm. COP sammitinə ev sahibliyi etmək bir prestij göstəricisidir.
Manset.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində türkiyəli siyasi şərhçi Bilgehan Öztürk söyləyib.
“Azərbaycanın iqtisadiyyatında neft-qaz istehsalı önəmli paya malik olsa da, əldə olunan gəlirləri gələcəyə, ümumbəşəri problemlərə yatırması istəyini görmək çox xoşdur. Azərbaycan bu təşəbbüslə çıxış edən dövlətlərdəndir. COP-un uğurlu təşkili və Azərbaycan tərəfinin tədbirdə irəli sürdüyü fikirlər də bunu göstərir. Ümumiyyətlə, bütün əngəllərə baxmayaraq, bu gün Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük uğurdur”, - deyə o bildirib.
Bilgehan Öztürk deyib: “Xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra bəzi Qərb ölkələri və ABŞ-da daha çox təsirli olan erməni diasporu tərəfindən Azərbaycana qarşı müxtəlif qaralama kampaniyalarına başlanılıb. Belə bir dövrdə dünyanın dörd tərəfindən çox sayda insan Bakıya gəlib. Bu, onlara Azərbaycanı yaxından tanımaq, azərbaycanlı elm, sənət, siyasət adamları ilə yaxından tanış olmaq, irəli sürülən əsassız iddialara azərbaycanlıların dilindən cavab almaq imkanı da yaradıb. Yəni, ilk dəfə Azərbaycana gələn Qərb ölkələrinin vətəndaşları uzun illər ermənilərin dilindən eşitdikləri iddiaları bir də qarşı tərəfdən dinləyə bilirlər. Bu da təbii ki, Qərb ictimaiyyətinin bu məsələ ilə bağlı doğru məlumatlandırılması baxımından olduqca vacibdir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin