Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır

11:52 - 18 Noyabr 2024

Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır

Sabahdan Bakıda E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

 

Bu barədə Manset.az Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinə istinadən (AYNA) xəbər verir.

Bildirilib ki, Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.

Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək, gediş haqqı isə 0.50 AZN müəyyən edilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin