Türk dövlətlərinin ortaq himni hazırlanacaq

11:12 - 18 Noyabr 2024

Türk dövlətlərinin ortaq himni hazırlanacaq

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

 

Manset.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:

“Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

Qeyd edək ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin