COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
23:15 - 17 Noyabr 2024
ABŞ Prezidenti Co Bayden ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. ABŞ liderinin müşavirləri arasında bu addımla bağlı fikir ayrılıqları olub.
Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin