COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:48 - 17 Noyabr 2024
Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçiriləcək UEFA Millətlər Liqasının sonuncu - VI turunun matçını buraxacaq.
Manset.az Report-a istinadən xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.
Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz bitən görüşdə zədələnməsi səbəb olub.
Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.
Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveç - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin