COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:20 - 17 Noyabr 2024
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başlayıb.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiyası baş tutur.
Bu sessiyada iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, bu sessiya parlamentarilərə kiçik ada dövlətləri , dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif ölkələrin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək.
Bu kontekstlərdə dayanıqlı inkişaf üçün vacib olan təbiət və biomüxtəliflik kimi mühitlərin bəzi mühüm xüsusiyyətlərini və onların iqlim dəyişikliyinin həlli üçün necə qorunub istifadə edilə biləcəyi müzakirə ediləcək.
Sessiya həmçinin iqlim dəyişikliyi ilə bağlı nəsillərarası dialoqu təşviq edəcək.
Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin