Ukraynaya dəstək bəyanatı qəbul etdilər

09:34 - 17 Noyabr 2024

Ukraynaya dəstək bəyanatı qəbul etdilər

G7 dövlətlərinin liderləri Ukraynada hərbi əməliyyatların mininci günü ərəfəsində Kiyevə dəstək bəyanatı qəbul ediblər.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə Assosiasiya ölkələrinin liderləri Kiyevin suverenlik və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəklədiklərini bildiriblər.

“Rusiya ədalətli və davamlı sülh yolunda yeganə maneə olaraq qalır. G7 sanksiyalar, ixraca nəzarət və digər məhdudiyyətlər vasitəsilə Rusiyaya qarşı sərt davranmaq öhdəliyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir.

Qeyd edək ki, Beynəlxalq G7 klubuna ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya daxildir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin