COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
21:04 - 16 Noyabr 2024
Avropa İttifaqının (Aİ) Məkan üzrə Dəniz Planlaşdırma qurumu tərəfindən aparılan bir fəaliyyətdə Egey və Aralıq dənizləri üçün istifadə olunan xəritələrə rəsmi Ankaradan etiraz edilib.
Manset.az xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada Egey və Aralıq dənizləri üçün istifadə edildiyi görülən xəritələrin Türkiyə baxımından heç bir hüquqi qüvvəyə malik olmadığı vurğulanıb. Rəsmi Ankaranın Avropa İttifaqının müvafiq fəaliyyətini yaxından izlədiyi, Egey və Aralıq dənizlərindəki hüquqlarının qorunması üçün aidiyyəti qurumlara zəruri xəbərdarlıqlar etdiyi və bütün zəruri tədbirlər gördüyü bildirilir: “Bu fəaliyyətdə Egey və Aralıq dənizləri üçün istifadə edildiyi görülən xəritələr Türkiyə baxımından yox hökmündə olub, faktiki və hüquqi nəticə əldə edilməsi mümkün deyil. Aparılan işin ölkəmizin hüquqlarını pozmasına imkan verməyəcəyimizi bir daha vurğulayırıq”.
Açıqlamada suveren ölkələr arasındakı hüquqi dəniz sahələri ilə bağlı mübahisələrdə Aİ-nin mövqe bildirmək səlahiyyətinin olmadığı vurğulanıb: “Aİ-nin bu cür təşəbbüslərə tərəf və vasitəçi olması məsələlərin həllini çətinləşdirir. Hüquqi cəhətdən dəniz sahələri ilə bağlı təktərəfli qərarların qəbul edilməsi mümkün deyil. Bu cür cəhdlər bir-biri ilə əlaqəli Egey məsələlərinin geniş, ədalətli və davamlı bir həlli istiqamətindəki səylərə zərbə vurur”.
Məlumatda problemlərin beynəlxalq hüquq, dostluq və yaxşı qonşuluq prinsipləri əsasında həll edilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin