Fatih Terim Bakıda
15 Noyabr 2024
18:11 - 15 Noyabr 2024
COP29 çərçivəsində beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı mövzusunda konfrans təşkil olunub.
Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov bütün maraqlı tərəfləri iqlim təşəbbüslərinə qoşulmağa çağırıb:
"İqlim dəyişikliyi problemini həll etmək istəyiriksə, bu sahədə elan edilən təşəbbüslərə qoşulmalıyıq. Ötən gün iqlim dəyişikliyi ilə mübarizəyə investorların cəlbi üzrə təşəbbüs elan edilib. Hesab edirəm ki, COP29 iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin mübadiləsi, eləcə də bu sahədə tərəfdaşlığın möhkəmləndirilməsi baxımından önəmli bir platformadır. Biz İqlim Razılaşmasının yekun variantının müxtəlif səviyyələrdə müzakirəsini təşkil etmişik. İndi isə demək olar ki, hər gün müxtəlif ölkələrdən iqlim təşəbbüslərinə dəstək xarakterli fikirlər eşidirik. Fürsətdən istifadə edib vətəndaş cəmiyyəti fəallarını bu sahədə elan edilən təşəbbüslərə qoşulmağa çağırırıq".
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizədə birgə iştirak bu istiqamətdəki səylərin effektivliyini artırır:
"İqlim dəyişikliyinin zərərli təsirlərindən qorunmaq və bu sahədəki öhdəliklərin icrası çox böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə tərəflərin birgə effektiv fəaliyyət göstərməsi iqlim dəyişikliyinə qarşı mübarizənin əsas elementini təşkil edir. Biz ümid edirik ki, COP29 çərçivəsində keçirilən öncəki tədbirlər kimi, bu konfrans da önəmli platforma olaraq yadda qalacaq. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürülən bütün effektiv təşəbbüsləri dəstəkləyir. Biz inanırıq ki, müxtəlif panel və konfranslarda müzakirəyə çıxarılan məsələlər üzrə konsensusa nail olmaq mümkün olacaq".
Tədbir panel sessiyalarla davam edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin